Accessibility links

Rusiya və Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqları müzakirə edib


Elmar Məmmədyarov və Sergey Lavrov
Elmar Məmmədyarov və Sergey Lavrov

Rusiya tərəfinin təklifi əsasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya xarici işlər naziri Serqey Lavrov arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, nazirlər Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərini, Xəzər dənizinin hüquqi statusuna dair konvensiya və Xəzəryanı dövlətlərin qarşıdan gələn V sammitinə hazırlıq məsələlərini, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll üzrə aparılan danışıqları müzakirə edib.

İki ölkə xarici işlər nazirlərinin telefon danışığı Ermənistanda siyasi gərginliyin artıdığı dövrə təsadüf edir. Yerli ekspertlər Ermənistandakı siyasi gərginliyin region dövlətlərinin, xüsusilə Rusiyanın diqqət mərkəzində olduğunu bildirir.

Belə ki, Ermənistanın xarici işlər naziri Moskvaya səfər edib, Rusiya prezidenti Vladimir Putin Ermənistan baş naziri ilə ölkədəki gərginliyi müzakirə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG