Accessibility links

Türkiyə xarici işlər naziri Azərbaycana səfər edəcək


Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu iyulun 24-də Azərbaycana rəsmi səfər edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, səfər çərçivəsində M. Çavuşoğlu ilə Elmar Məmmədyarov arasında təkbətək və geniş tərkibdə görüşlər nəzərdə tutulub.

H.Hacıyev əlavə edib ki, Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq və strateji prinsiplərə əsaslanır.

XS
SM
MD
LG