Accessibility links

Rusiya Səfirliyi Saleh Rüsəmovla ailə üzvlərini görüşdürməyə çalışır


Saleh Rüstəmov
Saleh Rüstəmov

Rusiyanın Azərbaycandakı Səfirliyi konsulluq əməkdaşlarının Azərbaycanda həbs edilmiş Rusiya vətəndaşı, 1992-1993-cü illərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı olmuş Saleh Rüstəmovla görüşünün təşkili üçün zəruri tədbirlər görür. Bu barədə Turan agentliyinin həbs edilən şəxsin oğlunun konsulluğun atasının azad edilməsinə yardım etməkdən imtina etməsi ilə bağlı şikayətini şərh etmək xahişinə cavab olaraq Rusiya səfirliyindən bildiriblər.

"Azərbaycan tərəfi səfirliyə Rusiya vətəndaşı S.Rüstəmovun saxlanıldığını bildirib. Konsulluq şöbəsinin əməkdaşlarının saxlanılan şəxslə görüşünün təşkili üçün bütün zəruri tədbirlər görülür. Səfirlik Azərbaycanın hüquq-mühafizə orqanları və S.Rüstəmovun qohumları ilə əlaqə saxlayır", səfirliyin mətbuat xidmətindən Turan-ın müxbirinə bildiriblər.

Saleh Rüstəmov və qardaşı oğlu Vidadi Rüstəmli bu ilin mayında qanunsuz narkotik dövriyyəsi ittihamı ilə həbs edilib. Amma mayın 26-da Azərbaycan Baş Prokurorluğu S.Rüstəmovun və V.Rüstəmlinin Xalq Cəbhəsi Partiyasının fəalları Aqil Məhərrəmov, Ruslan Nəsirli və Babək Həsənovla birlikdə AXCP-nin "qanunsuz maliyyələşdirilməsi" ittihamı ilə saxlanıldığını bildirib.

Həbs edilənlərə qarşı qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pulların yuyulması və s. ittihamlar irəli sürülüb.

AXCP qanunsuz maliyyə vəsaiti alınması haqqında ittihamları təkzib edib. Bu iş üzrə həbs edilənlər hamısı hüquq müdafiəçiləri tərəfindən “siyasi məhbus” kimi tanınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG