Accessibility links

Sietldə etirazçıların tutduğu ərazi təmizlənib


Sietl polisi şəhərin merinin sərəncamı ilə çərşənbə günü səhər tezdən etirazçıların tutduğu zonaya daxil olaraq, nümayişçilərin çadırlarını yıxıb və velosipedlərdən istifadə edərək onları ərazidən çıxarıb.

Televiziya ilə nümayiş etdirilən görüntülərdə Corc Floydun Minneapolisdə polis tərəfindən öldürülməsindən sonra şəhərin mərkəzində qurulan "Capitol Hill Occupied Protest" bölgəsində xüsusi geyimdə çox sayda polis və onlarla etirazçı arasında toqquşma müşahidə edilməyib.

Polis səhər saat 5 radələrində bölgəyə daxil olub. Səhər saat 6-15-də güclü səs eşidilib və havada tüstü görünüb. KUOW radiosu səhər saat 5-30-da polisin azı 10 nəfəri həbs etdiyini bildirib.

Etirazçılar təxminən iki həftədir bir parkın ətrafında bir neçə ərazini tutmuşdu. Polis irqi ayrı-seçkiliyə və polis zorakılığına son vermək çağırışları edən etirazçılarla toqquşmalardan sonra bölgəni tərk etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Qadın hüquqları fəalı azyaşlının zorlanmasına etiraz edib
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG