Accessibility links

Skripalların zəhərlənməsi ilə bağlı daha bir şəxs günahlandırılır


Britaniyada rusiyalı keçmiş casus Sergey Skripal və qızının zəhərlənməsindən öncə kəşfiyyat missiyasına çıxmış üçüncü rusiyalı hərbi kəşfiyyat zabitinin kimliyi müəyyənləşdirilib.

“The Telegraph” qəzeti yazıb ki, anti-terror polisi və təhlükəsizlik xidmətləri həmin agentinin kim olduğunu aşkar edib.

Bu rusiyalının Solsberi şəhərinə keçmiş agentə hücum planına kömək məqsədilə getdiyi bildirilir. Ondan sonra iki həmkarı hərbi dərəcəli Noviçok sinir qazını Britaniyaya aparıblar. Bu qaz Sovet İttifaqında hazırlanıb.

Martın əvvəlində 67 yaşlı Skripal və qızı 34 yaşlı Yulia skamyada huşsuz vəziyyətdə tapılıb. Amma xəstəxanada bir neçə həftəlik müalicədən sonra buraxılıblar.

İyunda isə britaniyalı Daun Sturgess zəhərin qalığı ilə təmasda olandan sonra dünyasını dəyişib, partnoyu xəstəxanaya düşüb.

Sentyabrın 5-də Britaniya iki rusiyalıya ittihamlar irəli sürüb. Polis şübhəlilərin fotolarını yayıb.

Britaniya prokuroru iki Rusiya vətəndaşı-Aleksander Petrov və Ruslan Boşirovu mart ayında Salisburi şəhərində Noviçok sinir qazı ilə Sergey Skripal və onun qızı Yulyanı öldürməyə cəhddə təqsirli tanıyıb.

Bellingcat araşdırma veb səhifəsi çərşənbə günü yazıb ki, Boşirov əslində 2014-cü ildə Rusiya Federasiyasının Qəhrəmanı ordeni ilə təltif olunmuş polkovnik Anatoli Çepiqadır.

Rusiya Skripalların zəhərlənməsində əli olmadığını dəfələrlə bildirib.

XS
SM
MD
LG