Bu gün Slovakiyada parlament seçkiləri keçirilir. Rəy sorğularına görə,sabiq baş nazir Robert Fikonun Sosial Demokrat partiyası 150 yerli parlamanetdə yerlərin yarısını əldə edə bilər. Bu partiya rüşvətxorluq qalmaqalının təsirinə məruz qalan dördpartiyalı koalisiya ilə yarışır.
Korrupsiya qalmaqalı parlament üzvlərinə rüşvət verildiyinə dair telefon söhbətlərinin üzə çıxması ilə baş qaldırıb. Təhlilçilərin fikrincə vəziyət kiçik partiyaların xeyrinə işləyə bilər.
Dünən Bratislavada korrupsiya əleyhinə nümayişlər zamanı polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və bibər balonlarından istifadə etmişdi.