Accessibility links

Slovakiyada prezidenti seçkilərinin ikinci mərhələsi keçirilir


Slovakiya seçiciləri şənbə günü seçki məntəqələrinə gedərək, ölkə prezidenti seçkilərinin ikinci mərhələsində iştirak ediblər.

45 yaşlı ətraf mühit müdafiəçisi Zuzana Kaputova 2 həftə öncə keçirilən seçkilərin birinci mərhələsində səslərin 40 faizindən çoxunu qazanıb. Gey hüquqları müdafiəsinin aparıcı siması olan Kaputova abortların qadağasına qarşı çıxır.

Fransanın xəbər agentliyi olan AFP bildirir ki, son rəy sorğularına əsasən, Kaputovanın şənbə günü seçkilərində səslərin ən azı 60 faizini qazanacağı gözlənilir.

Onun rəqibi seçkilərin ilk mərhələsində 18.7 faiz səslə ikinci yer qazanmış Maroş Şevçoviçdir. 52 yaşlı Avropa Komissiyasının vitse-prezidenti seçki kampaniyasının ənənəvi ailə dəyərləri üzərində qurub. Şevçoviçi iqtidarda olan Smer-SD partiyası dəstəkləyir.

Kaputova qalib gələcəyi halda ölkənin ilk qadın prezidenti olacaq.

XS
SM
MD
LG