Accessibility links

Slovakiyada ümummilli seçkilər keçirilir


Rəy sorğuları hakimiyyətdə olan sosial-demokrat SMER partiyasının birinci yerə çıxa biləcəyinə işarə edir

Slovakiyada qalmaqal və iqtisadiyyatın tənəzzülə uğraması solçu partiyaların sağ meylli partiyalar üzərində qələbəsini çətinləşdirdiyi bildirilir. Slovaklar ölkənin 150 yerlik parlamentinə səs verir. Rəy sorğuları hakimiyyətdə olan sosial-demokrat SMER partiyasının birinci yerə çıxa biləcəyinə işarə edir. Lakin partiyanın tərəfdaşları koalisiyanı saxlamaq üçün kifayət qədər səs əldə etməyə bilər. Slovakiyanın sağ meylli müxalifət partiyaları SMER-lə əməkdaşlıqdan imtina edərək, yeni hökumətin formalaşdırılması üçün kifayət qədər yer alacaqlarına ümid edir. Sağ meylli partiyalar iqtisadi islahatların həyata keçirələcəyinə söz verir.

XS
SM
MD
LG