Accessibility links

SMDT: “Siyasi təzyiq kimi xaricə səyahət qadağalarının kütləvi tətbiq olunması müşahidə olunur”


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda hərəkət etmək azadlığı və siyasi motivli səyahət qadağaları ilə bağlı dəyərləndirmə sənədi yayıb.

“Bu sənəd 30 nəfər şəxslə aparılan müsahibə əsasında hazırlanıb. Qadağaya məruz qalan şəxslərdən 18 nəfəri jurnalist, 5 nəfəri siyasi fəal, 4 nəfəri hüquqşünas və hüquq müdafiəçisi, 2 nəfəri yazar, bir nəfəri isə vətəndaş cəmiyyəti təşkilatı rəhbəridir,” SMDT-nin məlumatında deyilir.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi

Qurum bildirir ki, sənədin məqsədi diskriminativ şəkildə tətbiq edilən səyahət qadağalarının yaratdığı hüquqi problemlər və nəticələri barədə ictimaiyyəti, dövlət orqanlarını və Azərbaycan Respublikasının üzvü olduğu beynəlxalq təşkilatları məlumatlandırmaq, mövcud pozuntuların ortadan qaldırılması üçün tövsiyələr təqdim etməkdir.

“Son illər Azərbaycanda ifadə azadlığı, birləşmək və sərbəst toplaşmaq azadlıqlarına yaradılan məhdudiyyətlər mövcud qanunların daha da mürtəceləşməsi, siyasi təqiblərin kəskin şəkildə artması ilə müşayiət olunub. Yerli hüquq müdafiəçilərinin məlumatına görə, hazırda ölkədə siyasi motivlərlə həbsdə olan 129 nəfər siyasi məhbus var. Onlardan 10 nəfər jurnalist və bloqçu, 18 nəfər siyasi və ictimai fəal, 68 nəfər dini icma fəalları, 14 nəfər sosial etirazlarla bağlı həbs edilən şəxslər və başqa sahələrdə çalışan vətəndaşlardır. Siyasi motivli həbslərlə yanaşı son 5 il ərzində ictimai-siyasi fəallar, jurnalistlər və hüquq müdafiəçilərinə qarşı siyasi təzyiq forması kimi xaricə səyahət qadağalarının kütləvi şəkildə tətbiq olunması müşahidə olunur,” sənəddə qeyd edilir.

Qadağaya məruz qalan şəxslərdən 18 nəfəri jurnalist, 5 nəfəri siyasi fəal, 4 nəfəri hüquqşünas və hüquq müdafiəçisi, 2 nəfəri yazar, bir nəfəri isə vətəndaş cəmiyyəti təşkilatı rəhbəridir.
SMDT-nin hesabatından

​Öz növbəsində, Azərbaycan hökuməti ölkədə bütün fundamental hüquqların, o cümlədən sərbəst hərəkət azadlığının tam təmin edildiyini bildirir, tənqidləri qəbul etmir.

SMDT 2001-ci ildə təsis edilmiş Seçkilərin Monitorinq Mərkəzinin qeydiyyatı 2008-ci il mayın 14-də ləğv edildikdən sonra onun bazasında yardılıb.

SMDT 9 oktyabr 2013-cü ildə keçirilmiş prezident seçkisindən sonra seçkinin nəticələri ilə bağlı tənqidi hesabatdan sonra təzyiqlərə məruz qalıb. 27 oktyabr 2013-cü ildə Baş Prokurorluğun başladığı cinayət işi əsasında qurumun ofisində axtarış aparılıb. Axtarışdan sonra SMDT-nin bütün maliyyə və proqram sənədləri, o cümlədən seçki müşahidəçiliyinə dair anketlər və səsvermə protokolları, kompüter və CD-lər müsadirə olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG