Accessibility links

Edvard Snouden: Missiyamı başa vurmuşam!


ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin sabiq kontraktoru Edvard Snouden missiyasının başa çatdığını bildirib. Moskvada müvəqqəti sığınacaq alan Snouden Washington Post qəzetinə deyib ki, məlumatları ictimaiyyətin ixtiyarına verdiyinə görə məmnunluq hissi keçirir.

Snoudenin aşkarlamaları ilk dəfə Post və Guardian qəzetlərində onun Hong Konqa qaçmasından sonra dərc edilmişdi.

Sabiq kontraktor ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin milyonlarla amerikalının telefon söhbətlərini dinlədiyini ilk dəfə həmin qəzetlərə bildirirmişdi.

Amerikada məhkəmə bu proqramın konstitusiyaya zidd olduğuna dair dekabr ayının 16-da hökm çıxarıb.

Hakim Riçard Leon deyib ki, o, məhkəmə qərarı olmadan hökumətin insanların özəl həyatları haqda məlumat toplaması qədər kobud qanun pozuntusu təsəvvür edə bilmir.
XS
SM
MD
LG