Accessibility links

Snouden Kubaya uçan təyyarədə olmayıb


Şahidlərin dediyinə görə, Birləşmiş Ştatların casusluq idarəsinin keçmiş podratçısı Edvard Snouden Moskvadan Havanaya uçan sərnişin təyyarəsində olmayıb. Snouden sığınacaq istədiyi Ekvadora getməzdən əvvəl Kubada dayanmalı idi.

Birləşmiş Ştatların casusluqda ittiham etdiyi 30 yaşlı amerkalının bazar günü Honq-Konqdan Moskvaya uçaraq, Şeremetyevo aeroportunun tranzit bölgəsində qaldığı guman edilir.


Rusiyanın hava yolları şirkəti Aeroflot təyyarənin havaya qalxdığı barədə məlumat vermiş, lakin təyyarədəki sərnişinlərin siyahısı barədə açıqlama verməmişdir.

Şirkətdən alınan məlumatda Snoudenin bu gün təyyarəyə minmək üçün qeydiyyatdan keçmədiyi bildirilib.
XS
SM
MD
LG