Accessibility links

SOCAR-ın prezidenti İranda səfərdə olub


SOCAR-ARDNŞ
SOCAR-ARDNŞ

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev İranda səfərdə olub.

SOCAR-ın mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində nümayəndə heyəti İran Milli Neft Şirkətinin prezidenti Roknəddin Cavadi ilə görüş keçirib.

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanlarını müzakirə edib. İran üzərindən beynəlxalq sanksiyaların aradan qaldırılmasından sonra müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın geniş potensiala malik olduğu vurğulanıb, bunun ikitərəfli iqtisadi münasibətlərə güclü təkan verə biləcəyi qeyd olunub. SOCAR-ın İranda həyata keçirilən həm onşor, həm də ofşor enerji layihələrində maraqlı olduğu bildirilib, bu əməkdaşlığın həm yerli, həm də beynəlxalq enerji şirkətləri ilə birlikdə həyata keçirilməsi perspektivlərinə baxılıb.

Görüşdə gələcək əməkdaşlığın “yol xəritəsi"nin hazırlanmasının məqsədəuyğunluğundan söz açılıb.

İran tərəfi SOCAR-ın təkliflərinə cox ciddi və maraqla yanaşdıqlarını bildirib. Əməkdaşlığın neft hasilatı, neft və neft məhsullarının ticarəti, birgə elmi tədqiqatlar və digər sahələri əhatə edə biləcəyi vurğulanıb.

SOCAR prezidenti R.Abdullayev İran Milli Neft Şirkətinin prezidenti R.Cavadini Bakıya səfərə dəvət edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG