Accessibility links

Soçi danışıqları keçirilən bir zaman Suriya döyüşləri intensivləşir [Video]


Soçi danışıqları keçirilən bir zaman Suriya döyüşləri intensivləşir
please wait

No media source currently available

0:00 0:02:17 0:00

Suriyanın şimal-şərqində müxtəlif qruplar arasında döyüşlərin şiddətlənməsi nəticəsində mülki əhalinin arasında itkilərin sayının artması naraharlıqlara səbəb olub. Türkiyə strateji hesab etdiyi Barsaya dağını kürdlərin nəzarətindən götürdüyünü bildirir. Rusiya tərəfindən dəstəklənən hökümət təyyarələri isə İdlib vilayətində üsyançı icmaları hədəfə alıb. Bütün bu hadisələr Soçidə danışıqlar keçirilən zamanı baş verir.

Bazar ertəsi Türkiyənin kürdlərin nəzarətindən almaq istədiyi Afrin regionunda döyüşlər intensivləşib. Ankara iddia edir ki, Suriyada İslam Dövlətinə qarşı uğurlu əməliyyatlar keçirən kürd döyüşçüləri PKK terror təşkilatının bir qoludur.

Podpolkovnik Məhəmməd Əl-Həmədin, Suriya Üsyançı Qrupu: “Barsaya dağı əhəmiyyətli və strateji yerdir. Çünki ərazidə ən yüksək nöqtədir və PKK bura nərazət edirdi.”

Bazar ertəsi Afrində Türkiyənin hücumları nəticəsində ölən döyüşçülər və mülki əhalinin dəfn mərasimi keçirildi. Reyd zamanı yaralanan mülki əhali xəstəxanalarda yerləşdirilib. Ankara isə iddia edir ki, hava hücumları mülki əhaliyə təsir etməyib.

Eyni zamanda Rusiya və Suriya hökümətlərinin təyyarələri İdlib yaxınlığındakı əraziyə hücum həyata keçirirərək ən azı 30 nəfərin ölümünə səbəb olublar. Müşahidəçilər deyir ki, bazar ertəsi İdlib vilayətinin Saraqeb şəhərinə hücum zamanı bazar və xəstəxana hədəfə alınmışdı.

Suriyada müxtəlif qruplar arasında döyüşlər daha da şiddətlənir. Bu, həmin qrupların nümayəndələrinin Soçidə çərşənbə axşamı keçirilən danışıqlarda iştirakı zamanı baş verir. Rusiya Suriya hökümətinin müxalifətə qarşı səylərini dəstəkləyib. Lakin danışıqlarda bəzi dissidentlər də iştirak edəcək.

Haytnam Manna, Suriyalı dissident: “Rusiyanın rolu bütövlükdə nisbidir. Suriyada həyata keçirilən hücumlar zamanı mülki əhalinin nəzərə alınmaması kimi neqativ hallar mövcuddur. Digər tərəfdən də, 2011-ci ilin dekabrdan bəri dediyim kimi, Rusiya olmadan həll olmayacaq.”

Soçi danışıqları zamanı əsas diqqət Suriya konstitusiyasının yenilənməsi təklifinə ayrılacaq.

Staffan De Mistura, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi: “Konstitusional prosesin son məqsədi Suriya xalqına BMT-nin nəzarət etdiyi parlament və prezident seçkilərində öz gələcəklərini müəyyən edə bilmələsidir.”

Suriya müxalifətinin Yüksək Danışıqlar Komitəsi və kürdlər Rusiyadakı danışıqlarda iştirak etməyəcəklər.

XS
SM
MD
LG