Accessibility links

Solar İmpulse 2 təyyarəsindən daha bir uğurlu uçuş


Bütünlüklə günəş enerjisi ilə çalışan təyyarə bir ildən çox davam edən dünya səyahətini başa vurmaq üzrədir.

Tək oturacaqlı Solar İmpulse 2 bazar ertəsi pilot Andre Borşberqin idarəsində Sevilyadan Qahirəyə uçuşunu həyata keçirib.

Təyyarənin Tunis, Əlcəzair, Malta, İtaliya, Yunanıstan və nəhayət Misir də daxil olmaqla bir neçə səfər edəcəyi planlaşdırılır.

Bu, günəş enerjisi ilə çalışan təyyarənin 2015-ci ilin martında dünya səyahətinə başladığı Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərinə qayıtmazdan əvvəlki son uçuşu olacaq.

Ötən ay İsveçrəli pilot Bertrand Pikardın idarəsində Solar İmpulse 2 Nyu Yorkdan başlayıb 71 saat davam edən ən təhlükəli uçuşunu həyata keçirmişdi.

Pikard və Borşberq təyyarəni növbə ilə idarə ediblər.

Yaponiyanın Naqoya şəhərindən Sakit Okeanın üzəri ilə Havay adalarına qədər davam edən 118 saatlıq uçuş zamanı Borşberq təyyarəyə pilotluq edib.

Hər iki pilot uzun müddət oyaq qalmaq üçün təlimin bir hissəsi kimi meditasiya və hipnoz üsullarını öyrəniblər.

Solar İmpulse 2 ilə dünya səyahətinin əsas məqsədi alternativ enerjidən istifadə edərək mümkünsüz sayılan yanacaqsız təyyarə ideyasının reallaşdırılmasını göstərmək idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG