Accessibility links

Somalidə ABŞ-ın hava zərbələri nəticəsində Əl-Şəbabın 62 üzvü öldürülüb


ABŞ ordusunun bildirdiyinə görə, Somalidə hökumətin koordinasiyası ilə həyata keçirilən 6 hava zərbəsi nəticəsində Əl-Şəbab ekstremist qrupunun 62 üzvü öldürülüb.

Ordunun bəyanatda deyilir ki, hücumlardan 4-ü dekabrın 15-də həyata keçirilib. Həmin hücumlar 34 nəfərin ölümü ilə nəticələnib. Növbəti gün havadan endirilən zərbələr 28 nəfərin ölümünə səbəb olub.

Hücumlar zamanı mülki əhali arasında təlafat və ya xəsarət qeydə alınmayıb.

Somalinin cənub və mərkəzi bölgələrini nəzarətində saxlayan Əl-Şəbab sui-qəsdlərin təşkili, humanitar yardımların oğurlanması və radikallara sığınacaq verməsi ilə tanınır.

Son hücumlar da daxil edilməklə, ABŞ ekstremist qrupa qarşı 46 hava hücumu həyata keçirib.

Əl-Qaidə ilə əlaqəsi olan bu qrup ən ektremist Afrika qrupu hesab edilir.

Amerikanın Somalidə hava hücumları Donald Trampın hakimiyyəti dövründə zirvə nöqtəsinə çatıb.

XS
SM
MD
LG