Accessibility links

Somalidə maşın bombası türkiyəli podratçıları hədəf alıb


Moqadişu

Polisin bildirdiyinə görə, şənbə günü Somalinin paytaxtı Moqadişunun şimalında yerləşən Afqoyedə bir qrup türkiyəli podratçıları hədəf alan maşın bombası partlayıb. Nəticədə azı üç nəfər ölüb və 20 nəfər xəsarət alıb. Onlar arasında Türkiyə vətəndaşları da var.

"Sürətlə hərəkət edən intiharçı maşın bombası türkiləyi mühəndislər və somali polisinin nahar etdiyi yerə çırpıldı" - deyə, polis zabiti Nur Əli Reuters-ə bildirib.

Əl Şəbab hücumun məsuliyyətini üzərinə götürüb.

İki Somali rəsmisi yerli mediaya ölənlərin olduğunu təsdiqləyib.

Afqoyedə partlayış
Afqoyedə partlayış

Türkiyənin Anadolu xəbər agentliyinin vediyi məlumata görə, Türkiyənin səhiyyə naziri hücumda azı altı Türkiyə vətəndaşının xəsarət aldığını, onlardan ikisinin vəziyyətinin kritik olduğunu bildirib.

Xəbər agentliyi bildirib ki, partlayışda Türkiyənin inşaat şirkətinin işçiləri yaralanıb.

Afqoye sakinləri partlayış ardınca isə silah səsi eşitdiklərini bildirib.

“Biz güclü partlayış səsi eşitdik və qısa müddət sonra havanı tüstü bürüdü. Parltayışdan öncə hadisə yerində türkiyəli mühəndislər və silahlanmış Somali polisi var idi. Biz insanların xərəklərdə aparıldığını gördük, amma onların ölü və ya yaralı olduğunu bilmirik,” satıcı Fərəh Abdullahi Reuters-a bildirib.

Somalidə 2011-ci ildə yaşanan aclıqdan bəri Türkiyə ölkəni ən böyük yardımla təmin edib. Rəsmi Ankara Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrlə rəqabət apararaq Afrika buynuzunda nüfuzunu artırmağa çalışır.

Türkiyəli mühəndislər Somalidə yol tikintisi işlərinə yardım edir. Ötən dekabr ayında Moqadişuda nəzarət-buraxılış məntəqəsində 90 nəfərin ölümü ilə nəticələnən partlayışda xəsarət alanlar arasında da bir qrup mühəndis olub.

Hücum Somali ordusu gecə Qoryuli və Afqoye şəhərlərində Əl Şəbab militantlarının bir neçə hücumunun qarşısını aldığını deyəndən bir neçə saat sonra baş verib. Qoryuli Moqadişunun 70 kilometr cənubunda yerləşir.

Əl-Şəbab Afrika İttifaqının dörd səgərini bə Afqoyedə hərbi bazaya hücum etdiyini iddia etsə də, Somali rəsmisi Afqoye hücumunda bir somalili əsgərin öldüyünü bildirib.

XS
SM
MD
LG