Accessibility links

Afrika Birliyi qüvvələri Somalidə yaraqlılara qarşı mübarizə aparır


11 Əl-Şabab döyüşçüsü öldürülüb, 4 nəfər əsir götürülüb

Somalidə Afrika Birliyinin əsgərləri Əl-Şəbab qiyamçı qrupu tərəfindən oğurlanmış 500 kisə ərzaq yardımını aşkar ediblər.

Afrika Birliyinin məlumatında bildirilir ki, ərzağın quraqlıqdan əziyyət çəkən Somali ailələri üçün nəzərdə tutulmasına baxmayaraq, Moqadişu yaxınlığında yerləşən Əl-Şəbab düşərgəsindəki yaraqlılara verilirdi.

Somalidəki Afrika Birliyi Missiyasının (AMİSOM) bildirdiyinə görə, bu həftə Lanta-Buro kəndini Əl-Şəbab yaraqlılarından geri alıb. AMİSOM sözçüsü Eloi Yao Amerikanın Səsinə müsahibəsində bunun İslamçı yaraqlı qrupu üçün ciddi zərbə olduğunu bildirib.

“Əl-Şəbab üçün strateji əhəmiyyət daşıyan bəzi yerlər geri alınmaqdadır. Lanta-Buronun azad edilməsi böyük nailiyyətdir, çunki düşmən buradan təlim yeri kimi istifadə edirdi...bu böyük zərbədir.”

AMİSOM-un xəbər verir ki, əməliyyat zamanı bomba hazırlanmasında istifadə olunan təchizat və avtomatla dolu silah anbarı aşkar olunub, 11 Əl-Şabab döyüşçüsün öldürülüb, 4 nəfər isə əsir götürülüb.

Əl-Qaidə ilə əlaqəli olan Əl-Şəbab Somalidəki keçid hökumətini devirib, İslam qanunlarının tətbiqi uğrunda müharibə aparır.

Bir vaxtlar qrup Somalinin böyük bir hissəsini və demək olar ki, bütünlüklə Moqadişunu idarə edib. Lakin onlar 19 ay ərzində Afrika Birliyi qüvvələri, Somali hökuməti, Efiopiya və Kenyanın müdaxiləsindən sonar ərazilərinin böyük hissəsini itirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG