Accessibility links

Son bir ildə Zimbabvedə vəziyyət demək olar dəyişməyib


Son bir ildə Zimbabvedə vəziyyət demək olar dəyişməyib
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Üzdə, son ildə Zimbabvedə çox şey dəyişib. Avqust atında bu cənubi Afrika ölkəsi son 37 ildə ilk dəfə olaraq yeni prezidentini seçdi. Lakin ölkə iqtisadiyyatı hələ də çətinlik çəkməyə davam edir və vətəndaşlar vəziyyətin dəyişməsini gözləyir.

2018 Zimbabve üçün mühüm il olub. Avqust ayında ölkədəbir neçə onildən sonra yeni prezident seçildi. Bu isə Emmerson Mnanqava oldu.

O, Robert Muqabeni 37 il hakimiyyətdə qalandan sonra istefa verməyə vadar edən hərəkatın arxasında idi.

Vicdanı olan heç kəs dəyişikliklərin baş vermədiyini deyə bilməz
Emmerson Mnanqaqva

“Vicdanı olan heç kəs dəyişikliklərin baş vermədiyini deyə bilməz”– deyə, Emmerson Mnanqaqva bildirib.

Lakin Mnanqaqvanın söz verdiyi yeni başlanğıc əvəzinə iqtisadiyyatda daha da böyük problemlər yaranıb, inflasiya artıb, nağd pul çatışmazlığı isə daha da pisləşib.

Bir çox zimbabveli deyir ki, onlar bunun baş verəcəyini aylar öncədən gözləyirdi.

“Mən hər hansı real dəyişikliyin olub-olmayacağından əmin deyiləm, ona görə də, hazırda heç bir həyəcan yoxdur. Fikrimcə buna səbəb odur ki, vəziyyət illərdir eynidir. Ona görə də, insanlar çox nikbin deyil”, müxalifət tərəfdarı Trifin Çidzvondo deyir.

“Biz indi dərk edirik ki, tək Muqabenin hakimiyyətdən getməsi ilə sistem dəyişmir, hələ də köhnə sistemdavam edir. Düşünmürəm ki, ‘bizə bir az vaxt verin’ deməklə hər hansı nəticə əldə olunacaq”, Muqabeyə qarşı etiraz edən Cokoniah Mavopa söyləyir.

İnsan haqları qrupları illərdir Muqabe hökümətini müxalifəti zorakı şəkildə təqib etməkdə günahlandırırdı. Bu il Mnanqaqvanın hakimiyyəti altında da bu baş verdi. Avqustun 1-də seçki sonrasında keçirilən etiraz aksiyasında təhlükəsizlik qüvvələri etirazçılara atəş açaraq, altı nəfəri öldürdü.

Emmerson Mnanqaqva
Emmerson Mnanqaqva

Zimbabve alimləri deyir ki, onlar ölkənin köhnə qaydalarını dəyişəcəyini gözləmir.

“Mən 2017-də baş verən çevrilişdən öncə də demişdim ki, bu seçki sayılmayacaq. 2023-də keçirilən seçki sayılacaq, çünki 2000-ci illərin əvvəlində rejimə qarşı etirazlar zamanı dünyaya göz açan gənc nəsil artıq böyüyüb, təcrübələr əldə edir və əgər onlar MDC və bəlkə də yaranacaq başqa müxalif partiyalara nəzarət edə bilsə, biz tamamilə fərqli seçkiyə şahid ola bilərik”, Yohannesburq Universitetin prefessoru Deyvid Mur bildirir.

Hələ ki, hər şey bir öncəki vəziyyətlə müqayisədə eynidir. Lakin zimbabvevilər deyir ki, onlar gələn il bəzi dəyişiklilər görmək istəyir.

XS
SM
MD
LG