Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 335 961 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 193 nəfər müalicə olunaraq sağalıb, 4 973 nəfər vəfat edib. Aktiv xəstə sayı 795 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7238, bu günə qədər isə ümumilikdə 3 733 197 test icra olunub.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 740 min 432-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 139 min 1, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 210 min 34 nəfərdir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə veriləcək.