Accessibility links

Yeniyetmələr sosial medianın təzyiqi nəticəsində ikili həyat yaşayırlar


 Isabella Cimato, 17, left, Arianna Schaden, 14, center, and Sofia Harrison, 15, check their phones at Roosevelt Field shopping mall in Garden City, N.Y.
Isabella Cimato, 17, left, Arianna Schaden, 14, center, and Sofia Harrison, 15, check their phones at Roosevelt Field shopping mall in Garden City, N.Y.

Gənc internet istifadəçiləri sosial media getdikcə onların həyatlarına daha böyük təsir göstərməyə başladığı üçün, ikili həyat sürdürürlər. Ekspertlər isə deyir ki, bu onları sağlamlıqları üçün zərərli bir dövrə salır.

“Layklar”, izləyicilər, “dostlar”, internet ulduzları və viral videolar sosial statusun yeni meyarına çevrilib, xüsusilə də 10 ilə 20 yaş arasındakı insanlar üçün, çünki onlar artıq hər şeyin bir-biri ilə bağlı olan bir dünyada yaşayan texnologiya nəslinə çevrilib.

Ditch the Label adlı beynəlxalq onlayn xuliqanlığa qarşı xeyriyyə təşkilatının təsisçisi və baş icraçı direktoru Liam Haketin sözlərinə görə, onlar daha populyar olmaq, cəmiyyət tərəfindən qəbul edilib, onların razılığını əldə edə bilmək üçün onlayn görünüşlərini dəyişirlər.

Onlar “həyatlarını və təcrübələrini sosial mediada izlədikləri insanların həyatlarına əsasən yaşamağa çalışırlar” və başa düşmürlər ki, bu həyatları çoxu pozitiv görünsə də, çox vaxt reallığı əks etdirmir.

Onlayn və offlayn həyatlar

Klinik psixoloq Liza Strohman bunu “ikiyə bölünən həyat tərzi”, yəni telefonlar və texnologiya həyatı adlandırır.

“Onların offlayn həyatı çox gözəl deyil, çünki realdır”, deyə Strohman bildirir.

Ona görə də onlar özlərini “reallığın filtr olunmuş, qeyri-real versiyası ilə müqayisə edirlər ki, bu da onların özlərini qeyri-adekvat hissetmələrinə səbəb olur. Və bu gəncləri onlara mənfi təsir göstərən psixoloi vəziyyətə salır,” o deyir.

Bu yaxınlarda Ditch the Label-in Birləşmiş Krallıqda 10 min insanın iştirakı ilə keçirdiyi bir sorğunun nəticələri göstərir ki, bir çox gənc onlayn mühitdə şəxsiyyətlərini dəyişir, çünki beləcə onlar özlərinə daha inamlı, əyləncəli və daha sevimli hiss edir, deyə Haket bildirir.

Sorğu iştirakçılarının bir çoxu bunu hər zaman etdiyini deyir və əksəriyyət internetdə təkcə müsbət şeylər barədə danışmağa üstünlük verdiyini deyir, çünki onlar neqativ hadisələrin bir tək onların başına gəldiyinə inanır. Haket deyir ki, bu hal gənclərdə “böyük qeyri-məmnunluq hissi” yaradır və onların psixi sağlamlıqlarına mənfi təsir göstərir ki, bu da öz növbəsində nigaranlıq və depressiyaya gətirib çıxarır.

Ekspertlərin dediyinə görə, bu həm də kiberxuliqanlığı təşviq edir. Strohman deyir ki, internet və sosial media insanların “onlayn mühitdə ikili həyat sürmələri” üçün şərait yaradır. Belə ki, onlar bu mühitdə bir-birinə qarşı yaxşı davranmaq məcburiyyətində deyil.

Mainstream Mental Health təşkilatının sədri klinik məhkəmə psixoloqu Con Huber deyir ki, xuliqanlar daim diqqət və drama axtarışındadır. Onların internetdə minlərlə, real həyatda isə təkcə 1-2 dostu olur. Amma onlayn mühitdə onlar özlərini toxunulmaz hiss edir.

“Onlar özlərini daha güclü hiss edir və nəzarətin öz əllərində olduğunu düşünür. İnsanlar sosial mediada nə qədər qəribə və ifrat hərəkətlər sərgiləsə, bir o qədər çox diqqət cəlb edirlər”, Huber söyləyir.

“Amma eyni zamanda real həyaları da boş və yalan vədlərlə davam edir,” deyə o qeyd edir.

Hər üç ekpert deyir ki, gənc insanlar texnologiyaya aludə olur və üz-üzə ünsiyyəti sosial media ilə əvəzləyirlər. Bundan əlavə onlar 10-15 yaşındakı uşaqlarla milleniallar arasında depressiya, narahatlıq və intihar hallarının daha yüksək olduğunu bilirir.

Real və saxta dostlar

Sosial media çox güçlü və əksər hallarda müsbət bir ücdür, amma Strohman deyir ki, uşaqlara onlayn həyatlarının gerçək həyatlarının əksi olduğunu öyrətmək lazımdır.

Hakett deyir ki, uşaqlar internetdə özlərinin “daha yaxşı” versiyalarını yaradanda, “dostluğun və həqiqi dostlara sahib olmağın vacibliyini dərk etmirlər”. “Yüksək keyfiyytəli dostluqları isə heç vaxt onlayn izləyici və “layklara” dəyişmək olmaz”, deyə o əlavə edir.

XS
SM
MD
LG