Bakı-Qazax avtomagistralının Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
KƏPƏZ TV-nin məlumatına görə Bakıdan Gürcüstana gedən sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan yük avtomobilinə çırpılıb. Zərbənin təsirindən sərnişin avtobusu yanıb.
Nəticədə avtobusda olan 40-a yaxın sərnişin ağır xəsarətlər alıb. İlkin məlumatlara görə, xəsarət alanlar arasında ölənlər var.
Öz növbəsində Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə isə hadisə zamanı 2 nəfər ölüb, 20 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlardan 7 nəfərin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.