Accessibility links

ABŞ və Azərbaycan Zərdab və Ağcabədidə birgə layihələr həyata keçirib


Tibb məntəqəsinin açılışı
Tibb məntəqəsinin açılışı

Dekabrın 11-də ABŞ və Azərbaycanın birgə səyləri nəticəsində Zərdab (Bakıdan 306 kilometr qərb) və Ağcabədi (Bakıdan 266 kilometrcənub-qərb) rayonlarının 4 kəndinin sakinləri tibb məntəqəsi və mal-qaraya qulluq sahəsində bir neçə layihənin başa çatmasını qeyd edib. Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) məlumat yayıb.

Layihələr USAID vasitəsilə ABŞ və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

Açılış tədbirlərində ABŞ səfirliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İqtisadiyyat nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak edib.

Yen emalı məntəqəsi
Yen emalı məntəqəsi

Zərdab rayonunun Əlibəyli, habelə Ağcabədi rayonunun Kəhrizli və Hindarx sakinləri hər bir icmanın tibbi xidmətlərə ehtiyacını qarşılaya biləcək yeni tibb məntəqələri inşa edilib. Yeni tibb məntəqələri həmin üç kəndin 13 600-dən çox sakinin gündəlik tibb xidmətlərinə çıxışını yaxşılaşdıracaq.

Zərdab rayonunun Hüseynxanlı kəndində sakinlər yem emalı məntəqəsi inşa ediblər ki, bununla da daha tez və daha münasib qiymətə mal-qara yemi əldə edəcəklər. Yeni yem məntəqəsindən mal-qara və kənd təsərrüfatı ilə məşğul olan 450-dən çox kənd sakini faydalana biləcək.

ABŞ və Azərbaycan 99 icmada 112 icma layihəsi həyata keçirib. 200 000-ə yaxın insan bu layihələrdən faydalana bilir.

XS
SM
MD
LG