Accessibility links

Mollalara maaş veriləcək


Mübariz Qurbanlı

Azərbaycanda gələn ilin fevral ayından Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə məscidlərdə çalışan din xadimlərinin rəsmən maaş alacaqları bildirilir.

APA agentliyinin məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Bunun ictimai-siyasi əhəmiyyəti var, bu lazımdır.

O vurğulayıb ki, hazırda bu əmək haqqının məbləği və kimlərə verilməsi məsələsi müzakirə olunur.

"Ən əsası odur ki, Qafqaz Müsəlmanları İdarəsinin məscidlərə təyin etdiyi imamlar, naimlər, mütəvəlilər və bu kimi vəzifə daşıyan şəxslər idarənin öz təqdimatı ilə əmək haqqı alacaqlar. Bunun ictimai-siyasi əhəmiyyəti var, bu, lazımdır."

Komitə sədri bildirib ki, bu yaxınlarda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, himayəçilər şurası və eyni zamanda heyəti açıqlanacaq.

Təzə Pir məscidi
Təzə Pir məscidi

"Yanvar ayının sonuna bu proses tamamlanacaq. Bundan sonra fondun tam şəkildə fəaliyyəti üçün hüquqi əsas yaranacaq və fonda maliyyə vəsaiti ayrılacaq. Hesab edirəm ki, din xadimlərinə ən geci fevral ayından əmək haqlarının verilməsinə başlanıla bilər", o qeyd edib.

Azərbaycanda ümumilikdə iki minə yaxın məscid var. Onlardan 500-dək məsciddə Qafqaz Müsəlmanlar İdarəsinin təyinatı ilə axund və ya müfti var.

İndiyədək məscidlər nəzir və ianələrin hesabına maliyyələşdirilirdi.

XS
SM
MD
LG