Accessibility links

Bu ilin birinci yarısında törədilən cinayətlərin 14,1 faizi narkotiklə bağlı olub


Narkotiklə bağlı cinayətləri törədənlərin 87,2 faizi heç yerdə işləməyən şəxslərdir

2018-ci ilin yanvar - iyun aylarında qeydə alınmış 12844 cinayət hadisəsinin 1813-ü və ya 14,1 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır.

Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin Daxili İşlər Nazirliyinin məlumatına əsasən avqusutn 27-də yaydığı məlumatda deyilir.

Bunların 58,2 faizi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayətləridir.

33,2 faizi isə eyni hərəkətləri müvafiq qanunla müəyyən edilməyən qaydada satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə və satma cinayətləridir.

"Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş 1227 nəfərin 87,2 faizi heç yerdə işləməyən və oxumayan, 38,4 faizi əvvəllər də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdir", deyə məlumatda deyilir.

Cinayət törədənlərin 79,1 faizi 30 və yuxarı, 13,3 faizi 25-29, 7,3 faizi isə 18-24 yaşlı şəxslərdir.

Məlumata görə, 2018-ci ilin yanvar-iyun aylarında 1441,9 kiloqram narkotik maddə müsadirə edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG