Accessibility links

Bakıda toz normadan 3 dəfə çoxdur


Bakıda toz dumanı gözlənir
Bakıda toz dumanı gözlənir

Oktyabrın 25-i səhər saatlarından Bakı və Abşeron yarımadasında müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti məlumat yayıb.

Məlumata görə, cənub-qərb küləyinin güclənməsi ilə bağlı ətraf ərazilərdə formalaşan toz Bakı şəhərinin bir çox rayonlarında, əsasən də Yasamal və Xətai rayonlarında müşahidə edilir.

«Sözügedən ərazilərdə aparılan monitorinqlərin nəticələrinə əsasən, havada tozun miqdarının sanitar normadan 2.5-3 dəfə çox olduğu müəyyən edilib», - məlumatda vurğulanır.

XS
SM
MD
LG