Şimali Koreya lideri Kim Conq Un Cənubi Koreya ilə dialoq və əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
Ənənəvi Yeni İl çıxışında cənab Kim Seulla yüksək səviyyədə təxirə salınmış danışıqları bərpa etməyi nəzərdən keçirdiyini deyib.
Cənab Kimin təklif etdiyi danışıqların hansı səviyyədə keçiriləcəyi aydın deyil.
Bu açıqlama Cənubi Koreyanın bu həftə yanvar ayında yüksək səviyyədə danışıqlar haqda təklifindən sonra verilib.
Seulun Unifikasiya nazirliyi cənab Kimin açıqlamasını alqışlayaraq, təklifin səmimi olduğu halda, Cınubi Koreyanın onu qəbul edəcəyini bildirib.