Accessibility links

İspaniyanın populyar turist adası Tenerifedə yanğınsöndürənlər meşə yanğınları ilə mübarizə aparırlar


Rəsmilərin bildirdiyinə görə, yanğınsöndürənlər İspaniyanın əsas turizm məkanı olan Tenerife Kanar adasında son onilliklərin ən güclü meşə yanğınını nəzarət altına almaq üçün bütün gecə mübarizə aparıb.

Çərşənbə axşamı gecə saatlarında başlayan yanğın adanın şimalında 8 minə yaxın insanın təxliyə edilməsinə səbəb olub.

Televiziyada yayımlanan görüntülər və sosial mediada paylaşılan videolarda alovların kiçik məhəllələrdəki evlərə yaxınlaşdığını və ərazidən böyük tüstü buludunun qalxdığını görmək mümkündür.

Yanğınlar şərqdə Arafo və Kandelarya, qərbdə isə La Orotava da daxil olmaqla, bir neçə bələdiyyənin yerləşdiyi şam ağacı meşələrinin yerləşdiyi dağlıq ərazidə baş verib.

Ordu kapitanı Rafael San Xose İspaniya Milli Televiziyasına bildirib ki, yanğının yayılmasının qarşısının alınmasında gecə müəyyən irəliləyiş əldə edilib. Lakin o, gün ərzində artan temperaturun çətinlikləri artıra biləcəyini deyib.

İspaniyanın əksər ərazisində olduğu kimi, Kanar adalarında da son bir neçə ildir quraqlıq müşahidə edilir. İqlim dəyişikliyinin təsiri nəticəsində hava şəraitinin dəyişməsi səbəbindən son illər adalarda yağıntıların orta səviyyədən aşağı səviyyəyə düşdüyü qeydə alınıb.

Kanar adalarının regional prezidenti Fernando Klavixo cümə axşamı 3200 hektar ərazini bürüyən yanğının hələ də çox təhlükəli olduğunu, lakin xoşbəxtlikdən indiyədək xəsarət alanların olmadığını bildirib.

Cümə günü adanın şimalında maksimum temperaturun təqribən 29 dərəcə səviyyəsində olacağı, küləyin sürətinin isə saatda 20 km təşkil edəcəyi proqnozlaşdırılıb. Həftə sonu temperaturun daha da yüksələcəyi bildirilib.

Forum

XS
SM
MD
LG