Accessibility links

Şri Lankada daşqınlar


Bazar ertəsi xilasetmə komandaları Şri Lankanın cənub-şərqində günlərdir davam edən və 180 nəfərin ölümünə səbəb olan daşqın və torpaq sürüşmələrinə məruz qalmış insanları evakuasiya etməyə çalışıb.

Ölkənin Fövqəladə Hallar Mərkəzi 100- dən çox insanın itkin düşdüyünü, 75 min insanın isə ölkənin cənub və qərbində salınan düşərgələrə sığındığını bildirib.

Mərkəzdən verilən məlumatda həmçinin qeyd edilib ki, daşqınlar azalsa da, təcili humanitar yardım vəsaitlərinə ehtiyacın hələ də çox yüksəkdir.

Ordu yardıma ehtiyacı olanlara körmək etmək üçün təyyarə, qayıq və qoşunlardan istifadə edib. Ümumilikdə 550 min insan daşqının təsirlərinə məruz qalıb.

XS
SM
MD
LG