Accessibility links

Ssenaridən kənara çıxan Tramp [Video]


Ssenaridən kənara çıxan Tramp
please wait

No media source currently available

0:00 0:02:51 0:00

Donald Tramp 2016-cı ildə seçki zamanı özünü qürurla siyasi oyunu pozan namizəd olaraq təqdim edirdi. Son həftələrdə isə Tramp yenə bunu etməyə başlayıb. Belə ki, o, tərəfdarlarının xoşuna gələcək mesajı olduğu kimi çatdırır. Və bunu etmək üçün bəzi hallarda hətta öncədən hazırlanmış çıxış mətnlərini havaya belə atıb. Lakin Trampın ssenaridən çıxmasının gözlənilməz siyasi nəticələri olur.

Bilirsiniz, bu mənim çıxış mətnimdir. Bu çıxış iki dəqiqə davam edəcəkdi. Amma bu cəfəngiyyatdır. Bunu oxusam çox darıxdırıcı olacaqdı.
Donald Tramp

Bu yaxınlarda vergi islahatını müzakirə etmək üçün Qərbi Virciniya ştatını ziyarət edən prezident Tramp onun üçün öncədən hazırlanmış çıxış mətnini kənara qoyub.

“Bilirsiniz, bu mənim çıxış mətnimdir. Bu çıxış iki dəqiqə davam edəcəkdi. Amma bu cəfəngiyyatdır. Bunu oxusam çox darıxdırıcı olacaqdı,” o deyib.

Bu, simvolik bir an idi, çünki bu hadisə artıq Trampın prezidentliyini xarakterizə edir. Tramp namizəd ikən də tərəfdarlarını məmnun etmək üçün ssenaridən kənarda, sərbəst hərəkət edirdi. İndi idə o eyni cür hərəkət etməyə başlayıb.

Məsələn, onun Çindən idxal olunan mallara tarif tətbiq etmək çağırışları buna nümunədir.

“İllər boyu heç bir prezident Çinə qarşı iqtisadi baxımdan təzyiq göstərmək istəməyib, amma biz bunu edəcəyik,” prezident Donald Tramp deyib.

Tramp bazar ertəsi Twitterdə mövqeyini qoruyaraq, Çinlə ticarəti “axmaq” adlandırıb.

Çin də buna cavab olaraq ticarətlə bağlı bəzi qərarlar verir. Bu hal isə amerikalı fermerləri narahat edir. Onlardan biri Ceff Rehderdir.

Donald Tramp və Vladimir Putin
Donald Tramp və Vladimir Putin

“Biz vergi kəsirlərinə görə bu il, keçən il ilə müqayisədə daha çox gəlir əldə etməyi gözləyirik. Ümid edirik ki, tariflər səbəbilə əldə edəcəyimiz gəlirləri itirməyəcəyik,”o deyir.

Təhlilçi Larri Sabatonun sözlərinə görə, bəzi tərəddüdlərə baxmayaraq, Tramp daha çox öz instintikti ilə hərəkət edir.

“Mənə elə gəlir ki, Donald Tramp adminstrasiyanı tək başına Twitter üzərindən idarə edə biləcəyini düşünür. Buna yeni siyasəti açıqlamaqdan tutumuş, dövlət katibinin vəzifəsindən uzaqlaşdırıldığının elan edilməsinə kimi bir çox məsələ daxildir,” Sabato söyləyir.

Con Fortier deyir ki, Tramp siyasi oyunu pozan bir namizəd olaraq qalib gəlib və indi də bu ənənəni davam etdirməyə çalışır.

Mənə elə gəlir ki, Donald Tramp adminstrasiyanı tək başına Twitter üzərindən idarə edə biləcəyini düşünür. Buna yeni siyasəti açıqlamaqdan tutumuş, dövlət katibinin vəzifəsindən uzaqlaşdırıldığının elan edilməsinə kimi bir çox məsələ daxildir.
Larri Sabato

“O, güclü autsayder idi. Məncə prezident hər zaman belə qalacaq,” o bildirir.

Maykl Baron deyir ki, autsayder rolu onun çox sayda tərəfdarı olan Qərbi Virciniya kimi ştatlarda müsbət nəticə verir.

“Belə görünür ki, o elektoratını genişləndirməklə o qədər də çox maraqlanmır. O, daha çox kəskin bir şəkildə təbliğ etdiyi siyasəti həyata keçirmək istəyir,” Baron söyləyir.

Lakin Ken Qudun sözlərinə görə, Trampın ssenaridən kənara çıxması onun demokrat rəqiblərini hərəkətə gətirir və o noyabrda keçiriləcək ara seçkilərdə siyasi hesablaşma ilə üzləşə bilər.

“Belə görünür ki, Donald Tramp demokratlarda uzun zamandır görmədiyimiz qədər enerji oyadıb. Bunun nəticəsində onların federal, ştat və yerli hakimiyyətdə sayları artır,” o deyir.

Amma, belə görünür, hələ ki, Tramp baş siyasi müşavir qismində elə özünə arxalanır.

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG