Accessibility links

Azərbaycanın 10 ən yaxşı startapı qələbə uğrunda mübarizə aparıb


Seedstars Sammiti

Seedstars World Bakıya 5-ci dəfədir ki, Azərbaycana qayıdır. Seedstars inkişaf etməkdə olan ölkələrdə keçirilən qlobal startaup müsabiqəsidir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, müsabiqədə Azərbaycanın 10 ən yaxşı startapı qələbə uğrunda mübarizə aparıb. Qalib komanda 2018-ci ilin aprel ayında İsveçrədə keçiriləcək Seedstars Sammitində ölkəni təmsil etmək və 1 milyon ABŞ dolları həcmində investisiya qazanmaq uğrunda mübarizə aparacaq.

Layihənin qalibləri SABAH qrupunun tələbələridir. Onlar “Wake me up” layihəsi ilə qalib gəliblər. Seedstars müsabiqəsi ABŞ Səfirliyinin dəstəyi ilə keçirilib. Suriyada anadan olmuş amerikalı, Blackbox şirkətinin icraçı direktoru Fadi Bişara Silikon vadisində biznesini necə başladığı haqqında danışıb və Azərbaycanlı sahibkarları ilhamlandırıb.

XS
SM
MD
LG