Accessibility links

Trampın keçmiş baş strateqi Rusiya təhqiqatı ilə əlaqədar qanunvericilərin suallarını cavablandırır


Prezident Donald Trampın keçmiş baş strateqi Stiv Bannon çərşənbə axşamı günü Rusiyanın 2016-cı ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqatı çərçivəsində Konqresdə qanunvericilərin suallarını cavablandırır.

Trampın kampaniyasının əsas fiqurlarından biri və vəzifəsindən kənarlaşdırılana qədər Ağ Evin yeddi ay ərzində baş müşaviri olan Bannon Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsində bağlı qapılar arxasında keçirilən dinləmələrdə iştirak edir. Bu, Trampın kampaniyasının Rusiya ilə əlaqələrinə dair aparılan bir neçə təhqiqatdan biridir.

The New York Times qəzetinin verdiyi məlumata görə, xüsusi prokuror Robert Müller Trampın Rusiya ilə kontaktlarını təhqiq edən böyük münsiflər məhkəməsi qarşısına çıxmaq üçün ona çağırış vərəqəsi göndərib.

Müəllif Maykl Vulfun “Alov və Qəzəb: Tramp dövründə Ağ Ev” (Fire and Fury: Inside the Trump White House) kitab
Müəllif Maykl Vulfun “Alov və Qəzəb: Tramp dövründə Ağ Ev” (Fire and Fury: Inside the Trump White House) kitab

Stiv Bannon prezident Trampa dəstəyini nümayiş etdirməyə davam edir. Lakin onun prezidentlə münasibətləri müəllif Maykl Vulfun “Alov və Qəzəb: Tramp dövründə Ağ Ev” (Fire and Fury: Inside the Trump White House) adlı kitabda Trampın kampaniyası və Ağ Evdə ilk aylar haqda açıqlamalarına görə pozulub.

Kitabda Trampın keçmiş baş strateqinin Trampın böyük oğlu, onun kürəkəni və hazırda Ağ Evin müşaviri Cared Kuşner və onun kampaniyasının meneceri olmuş Pol Manafartun seçki kampaniyasının qızğın vaxtı demokrat namizəd Hillari Klintonu "nüfuzdan salacaq dəlillər" əldə etmək üçün rusiyalı vəkillə görüşünü “xəyanətkar” və “qeyri-vətənpərvər” kimi təsvir etdiyi deyilir.

Bannonun bu açıqlamaları prezident Trampın qəzəbinə səbəb olub. Tramp bəyanatında “Stiv Bannon nə mənim, nə də mənim prezidentliyim üçün iş görməyib” deyə bildirib.

Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsində Bannona Trampın oğlunun 2016-cı ilin iyun ayında rusiyalı vəkillə görüşü haqda sual veriləcəyi gözlənilir. Tramp oğul vəkilin Klintonla bağlı zərər verə biləcək informasiya vermədiyini bildirib.

Bannondan həmçinin Ağ Evin keçmiş Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinnin Rusiyanın ABŞ-dakı keçmiş səfiri Sergey Kislyakla Trampın hakimiyyətə gəlməsindən bir neçə həftə əvvəl görüşü haqda bilgiləri və Trampın rədd etməsinə baxmayaraq, Mülleri vəzifəsindən kənarlaşdırmaq istəyib-istəmədəyinə dair suallar veriləcəyi gözlənilir.

Tramp dəfələrlə onun kampaniyası və Rusiyada heç bir əlaqənin olmadığını bildirib. Lakin hələlik nə Konqresdə, nə də xüsusi prokuror Müller tərəfindən doqquz aydır aparılan təhqiqatlar heç bir nəticə çıxarmayıb.

XS
SM
MD
LG