Amerika Birləşmiş Ştatlarının sabiq təhlükəsizlik müşaviri Stiv Hadli Türkiyənin xarici işlər naziri Əhmət Davutoğlunun “Mavi Marmara hadisəsinin Türkiyənin 11 sentyabırıdır” deməsini təndiq edərək, bunun təəssüf doğurduğunu bildirib.
Corc Buşun prezidentlik dövründə beynəlxalq təhlükəsizliyin cavabdehliyini daşıyan bir nömrəli şəxs Hadli hazırda ABŞ-ın Sülh institutunda xarici əlaqələr üzrə mütəxəssis kimi çalışır. Stiv Hadli Türkiyəinin xarici işlər naziri Əhmət Davutoğlu ilə yaxın əlaqələrə malik olduğunu desə də, onun son illər ərzində bəzi səhvlərə yol verdiyini vurğulayıb. Hadli əvvəllər də Türkiyə hökuməti ilə problemlər yaşandığını, lakin onların aradan qaldırıldığını bildirib. O, Ədalət və İnkişaf Partiyasına islahatçı bir hökumət qurduğuna görə dəstək verildiyini deyib.
“Türkiyə hökuməti tədricən ölkəni Ata Türk irsindən uzaqlaşdırır. Bu isə öz növbəsində Türkiyənin xarici siyasətinə təsir bağışlayır. Bütün bunlar və Davutoğlunun Türkiyənin regiondakı dominantlığına dair ideologiyası İsrailin nöqteyi-nəzərindən qəbuledilməz hesab edilir. Cənab Hadli Davutoğlunun son illər yol verdiyi səhvləri diqqətə çatdıraraq, Qəzzaya yardımın da yanlışlıq oldğunu bildirib.
Vaşinqton İnstitutunda İsrail-ABŞ əlaqələri mövzusunda təşkil edilən tədbirdəki çıxışı zamanı cənab Hadli gələn həftə Amerikanın dövlət başçısı Obama ilə İsrailin baş naziri Benyamin Netanyahu ilə keçiriləcək görüş zamanı Türkiyə məsələsinin də gündəmə gətiriləcəyini bildirib. Lakin cənab Hadli Amerikanın Türkiyə-İsrail münasibətlərinə vasitəçilik etməsindən öncə, bu ölkə ilə öz münasibətlərini müsbət səmtə yönəltməsinin vacibliyini dilə gətirib. O, Türkiyənin Qərbə arxa çevirdiyinə dair deyilənləri şişirdilmiş iddialar adlandırııb. Stiv Hadli bildirib ki, Türkiyə oynamağa çalışdığı diplomatiya oyununun sandığından qat-qat çətin olduğunu dərk etdi.