Accessibility links

Məşhurlar: Stiv Uonder həyat yoldaşından boşanıb


Əfsanəvi müğənni Stiv Uonder həyat yoldaşı Kay Millard Morrisdən boşanıb.

2001-ci ildən bəri evli olan müğənni ayrılmaya uyuşmaz fərqliliyi səbəb gətirib və oğlanlarına bərabər qəyyumluq etmək üçün məhkəməyə müraciət edib.

Əldə edilmiş sənədəlrə istinadən əsl adı Stivlend Morris olan Stiv Uonder 2009-cu ilin oktyabr ayından bəri həyat yoldaşından ayrılıb.

Məhz bu səbəbdən biz bu cütlüyü o zamandan bəri bərabər görmürük. Uonder sənədi barmaq izi ilə imzalayıb və həyat yoldaşı ilə uşaqlarına maddi dəstək göstərməyə razılaşıb.
XS
SM
MD
LG