Accessibility links

Stiv Cobsun superyaxtası Hollandiyada ilişib qalıb


Apple şirkətinin banisi Stiv Cobsun lüks ağ superyaxtası ödənişdə mübahisə yarandığına görə Hollandiyanı tərk edə bilmir.

Cobs 78.2 metr uzunluğunda tam alüminumdan hazırlanmış “Venera” yaxtasının hazırlanmasında fransız dizayner Fillip Starkla yaxından əməkdaşlıq etmişdi. Hollandiya qəzeti Het Financieele Dagblad cümə günü məlumat verib ki, Stark borc toplama agentliyinə müraciət edərək gəminin tərk etməsinin qarşısını almağa nail olub.

Amsterdam limanının sözçüsü Ceroen Ranzijn təsdiq etdi ki, yaxta 8 dekabrdan bəri limanda ilişib qalıb və hüquqi problem həll edilməyincə ərazini tərk etməyəcək.

Qəzetin yazdığına əsasən Jobsun varisləri Starcka yalnız $ 7.9 milyon dollar ödəyiblər. Amma Stark inanır ki, ona əlavə $4 milyon ödənilməlidir. Superyaxtanın qiyməti təqribən $145 milyondur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG