Accessibility links

Stoltenberq Münhendə Lavrovla görüşəcək


Arxiv fotosu - NATO-nun baş katibi Yens Stoltenberq Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş zamanı
Arxiv fotosu - NATO-nun baş katibi Yens Stoltenberq Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş zamanı

NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə günü bəyan edib ki, silahlara nəzarətə dair iflas həddində olan müqavilənin qorunması səyləri çərçivəsində bu həftə Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq.

Stoltenberq və Lavrov Münhendə cümə günü işinə başlayacaq təhlükəsizlik konfransı zamanı görüşəcək. Konfrans NATO-nun Moskvanı yeni raket sistemindən imtina etməyə razı salmağa çalışdığı bir vaxt keçirilir. Alyans yeni raket sistemini ortamənzilli raketlərə dair müqavilənin pozulması kimi qiymətləndirir.

ABŞ Moskvanın raketlər yerləşdirməsinə cavab olaraq bu ayın əvvəli müqavilədən çıxış prosesinə başlayıb. Buna cavab olaraq Rusiya da müqavilədən çıxdığını elan edib.

“Mən xarİci işlər naziri Lavrovla Münhendə görüşəcəyimi gözləyirəm və Rusiya ilə xüsusilə də bugünkü kimi ciddi problemlərlə qarşılaşdığımız bir zaman dialoqun aparılmasını mühüm hesab edirəm”, Stoltenberq NATO ölkələrinin müdafiə nazirləri ilə görüşə gələn zaman bildirib.

ABŞ-ın müqavilədən çıxışı 2019-cu il avqust ayında qüvvəyə minəcək. Müqaviləni qorumaq üçün hələ altı ay müddətin qalmasına baxmayaraq, buna ümid edənlərin sayı o qədər də çox deyil. Stoltenberqin sözlərinə görə, NATO artıq “müqavilənin olmadığı və daha çox sayda raketlərin mövcud olduğu” bir gələcəyə hazırlaşır.

500 kilometrdən 5500 kilometr radiusda məsafəni qət edə bilən raketlərin ixtisarına dair 1987-ci ildə imzalanmış müqavilənin iflası təhlükəsi Avropa yeni silah yarışının başlaya bilməsi ilə bağlı narahatlıqların artmasına səbəb olub.

Bununla belə Stoltenberq bildirib ki, NATO Avropada yer tipli nüvə raketlərinə dair yeni sistemin yerləşdirilməsinə hazırlaşmır.

“Əlbəttə, adi və başqa silah növləri ilə bağlı geniş spektrdə müxtəlif variantlar var, amma mən bu barədə indi danışmaq istəmirəm” – deyə, Stoltenberq bildirib.


Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG