Accessibility links

Stoltenberq Rusiya ilə dialoqun normallaşmasını istəyir


NATO-nun baş katibi Yens Stoltenberg alyansın Moskvanın hərbi fəaliyyətini aktivləşdirməsinə cavab tədbirləri görməsinə baxmayaraq, Rusiya ilə daha konstruktiv münasibətlərin tərəfdarı olduğunu deyib.

Stoltenberq Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Tərəflər öz mövqelərindən imtina edilməsinə işarə etməyib. Lakin bununla belə, Soltenberqin açıqlaması balanslı yanaşma istəyi kimi dəyərləndirilir.

NATO baş katibi və Rusiya xarici işlər naziri arasında görüşlər qeyri-adi xarakter daşıyır, belə ki, Rusiya və alyans arasında kontaktlar 2014-cü ildə Ukraynada münaqişənin başlamasından sonra azalıb.

Ciddi fikir ayrılıqlarının olduğu, gərginliyin artdığı və bizim sərhədlərimiz yaxınlığında hərbi mövcudluğun gücləndiyi bir vaxt dialoqun əhəmiyyəti daha da vacibdir.

Görüşdən əvvəl Nyu-Yorkda BMT-nin Baş Assambleyasının illik sessiyasında iştirak edən Stoltenberq Associated Press agentliyinə müsahibəsində Rusiyanın Ukrayna və Gürcüstanda hərbi müdaxiləsi, Suriyada Bəşar Əsəd rejiminə dəstəyi və Aralıq dənizinin şərqində Rusiya hərbi qüvvələrinin mövcudluğunun artırılması ilə bağlı narahatlığını bildirib.

Sergey Lavrov və Yens Stoltenberg (arxiv fotosu)
Sergey Lavrov və Yens Stoltenberg (arxiv fotosu)

“Ciddi fikir ayrılıqlarının olduğu, gərginliyin artdığı və bizim sərhədlərimiz yaxınlığında hərbi mövcudluğun gücləndiyi bir vaxt dialoqun əhəmiyyəti daha da vacibdir”, Stoltenberq bildirib.

Moskva NATO-nun Sovet İttifaqının dağılmasından sonra genişlənməsindən son dərəcə narazıdır və alyansın Şərqi Avropada aktivliyini Rusiyanın coğrafi perimetrində əsassız müdaxilə hesab edir.

Stoltenberqin bildirdiyinə görə, Ukraynada münaqişə kimi problemlər həll edilməyə qədər NATO və Rusiya arasında kommunikasiyanın yaxşılaşdırılması gərginliyin azaldılmasına xidmət edə bilər.

XS
SM
MD
LG