Accessibility links

Sudan prezidenti son səkkiz ildə Dəməşqə səfər edən ilk ərəb lider oldu


Sudan prezidenti səkkiz il öncə müharibə başlayandan bəri Dəməşqi ziyarət edən ilk ərəb lider oldu.

Dövlət SANA xəbər agentliyinin verdiyi məlumata görə, Suriya prezidenti Bəşar Əsəd Ömər Əl-Bəşiri hava limanında qarşılayıb.

Suriyada vətəndaş müharibəsində törədilən zorakılıqlara görə bir çox xarici dövlətlər Bəşar Əsədlə münasibətləri kəsiblər.

Əksər ərəb ölkələri Dəməşqdə səfirliklərini bağlayıb və Əsədi hərbi gücdən istifadə etdiyinə və müxalifətlə danışıqlar aparmadığına görə tənqid edib.

Suriya həmçinin 22 üzvdən ibarət Ərəb Liqasından da çıxarılıb.

Səfərin məqsədi ilə bağlı heç bir rəsmi məlumat verilməyib, lakin SANA xəbər agentliyi bildirib ki, iki lider prezident sarayında region və Suriyadakı irəliləyişlərlə bağlı danışıqlar aparıb.

Suriyadakı müharibə Əsədin xeyrinə cevrildiyi üçün bəzi ərəb ölkələri Dəməşqlə münasibətlərin normallaşmasına və hətta ölkənin yenidən Ərəb Liqasına daxil edilməsinə çağırıb.

Bəşar əl-Əsədin hakimiyyəti tərk etməkdən boyun qaçırması ilə vüsət alan vətəndaş müharibəsi minlərlə adamın ölümünə, milyonlarla suriyalının evlərindən didərgin düşməsinə səbəb olub.
Bəşar əl-Əsədin hakimiyyəti tərk etməkdən boyun qaçırması ilə vüsət alan vətəndaş müharibəsi minlərlə adamın ölümünə, milyonlarla suriyalının evlərindən didərgin düşməsinə səbəb olub.

Sudan lideri özü keçmişdə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Darfurda genosid törətmək ittihamları ilə üzləşib.

Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası və Bitərəflər Hərəkatı, o cümlədən Çin və Rusiya hökumətləri BCM-in ittihamnaməsinə zidd çıxırlar.

XS
SM
MD
LG