Accessibility links

Rusiya Cənubi Sudanı vertolyot vurulmasının məsliyyətini daşıyanların cəzalandırılmasına çağırıb


Rusiyanın Xarici İşlər Nazirliyi Cənubi Sudan rəsmilərini 4 rus ekipaj heyətinin ölümünə yol açan vertolyot vurulmasının məsliyyətini daşıyanların cəzalandırılmasına çağırıb. Nazirlik gələcəkdə bu kimi hadisələrə yol verilməməsi üçün ciddi ölçülər götürülməsinə səsləyib.

Rusiya BMT-nin sülhməramlı missiyalarının təhlükəslziyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Cənubi Sudan ordusu tərəfindən BMT-nin vertolyotu dünən vurulub. Ordu rəqib döyüşçülərə silah daşındığını zənn edərək, vertolyotun səhvən vurulduğunu iddia edir. BMT-nin baş katibi Ban Gi Mun hücumu kəskin şəkildə pisləyərərk, hadisə ilə bağlı təcili təhqiqita çağırıb.

BMT-nin Təhlükəsizlik Şurasının prezidenti, mərakeşli səfir Məhəmməd Luliçki vertolyotun vurulmasının BMT-nin missiyalarını cətinləşdirdiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG