Accessibility links

ABŞ illərdir itkin düşən jurnalistin sağ olduğuna inanır


Birləşmiş Ştatların yüksək səviyyəli rəsmiləri 6 ildən çoxdur Suriyada itkin düşən amerikalı jurnalist Ostin Taysın hələ də sağ olduğuna inandıqlarını deyir.

Dövlət Departamentinin Suriya üzrə nümayəndəsi bu barədə açıqlama versə də, detalları açıqlamayıb. “Biz ABŞ jurnalisti Ostin Taysın sağ olduğuna inanırıq. Biz onun Suriya daxilində əsir olaraq saxlandılğına inanırıq” - deyə, nümayəndə bildirib.

Dövlət Departamenti Taysın yerini müəyyən və onu azad etmək üçün beynəlxalq səylərdən istifadə edir.

Birləşmiş Ştatların sabiq Hərbi Dəniz Donanması əsgərinin kimlər tərəfindən saxlandığı məlum deyil. Mərkəzi Kəşfiyyat İdarəsi jurnalistin təhlükəsiz şəkildə azad edilməsinə yardım edənə 1 milyon dollarlıq mükafat vəd edib.

XS
SM
MD
LG