Accessibility links

İran Süleymani ilə vidalaşır


Yüz minlərlə insan cümə günü ABŞ-ın hava hücumu zamanı İraqda öldürülmüş elitar Qüds qüvvələrinin komandiri Qasım Süleymani ilə vidalaşmaq üçün Tehran küçələrinə çıxıb. Qasım Süleymaninin tabutu Tehranın Azadi meydanındakı abidəyə aparılıb.

İranın Xarici İşlər naziri Cavad Zərif tweet edərək: "@realdonaldtrump həyatınızda bu qədər insan dənizini görmüsünüzmü?" yazıb. "ABŞ-ın Qərbi Asiyada zərərli iştirakına son qoyuldu", o əlavə edib.

İranın ali ruhanii lideri Ayətulla Əli Xameneyi şəxsən hücumda öldürülən Süleymani və digərləri üçün dua edib.

Bazar günü yüz minlərlə şəxs İranın Əhvaz və Məşhəd şəhərlərində Süleymaninin qalıqlarını daşıyan tabutu müşayiət edib.

Süleymaninin İran bayrağına bükülmüş cəsədi bazar günü səhər İrana gətirilib və yanvarın 7-də onun dogma Kirman şəhərində dəfnindən əvvəl müqəddəs Məşhəd şəhərinə aparılacaq.

Yüksək rütbəli komandirin ölümü ilə əlaqədar İranda üç gün matəm elan edilib.

Qasım Süleymani yanvarın 3-də səhər saatlarında Bağdad aeroportunu tərk etdikdən sonra İranın dəstəklədiyi silahlı dəstələrin üzvlərinin müşayiəti ilə səfər etdiyi zamanı ABŞ-ın hava hücumu nəticəsində öldürülüb.

İranın dəstəklədiyi İraq Xalq Səfərbərlik Qüvvələrinin komandiri Mehdi Əl-Mühəndisi də reyd zamanı öldürülüb.

Tehran generalın İraqda öldürülməsinə cavab olaraq dünya güdrətləri ilə bağladığı 2015-ci il nüvə razılığının qalan hüdudlarından imtina edərək, məhdudiyyət qoyulmadan uran zənginləşdirəcəyini bildirib.

Hadisələrin inkişafı İranı atom bombası hazırlamağa daha da yaxınlaşdıra bilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG