Accessibility links

Süni tənəffüsə nəzarət etməyə yardım edən texnologiya [Video]


Süni tənəffüs həyat xilas etsə də, natamam elmdir. Həkimlər pasientlərin kifayət qədər oksigen alıb-almadıqlarını müyyən edə bilmirlər. Lakin Elektrik İmpedans Tomoqrafiyası adlı yeni texnologiya bu probelmi həll edə bilər.

Bu adi kəmər xəstənin bədəninin yuxarı hissəsinə kiçik elektrik cərəyan yükləyir.

Mexaniki ventilyasiya bir yandan həyat qurtarır, digər yandan isə qeyri-psixolojidir və ağciyərə əlavə zərər verə bilir.
Dr. Stefan Böhme

O hiss edilməyəcək qədər azdır, l akin kompüter alqoritmindən keçəndə ağciyərlərə daxil olan oksigenin dəqiq miqdarını göstərir.

“Mexaniki ventilyasiya bir yandan həyat qurtarır, digər yandan isə qeyri-psixolojidir və ağciyərə əlavə zərər verə bilir”, deyə Vyana Tibb Universitetindən Dr. Stefan Böhme bildirir.

Xəstənin bədəninin kompüter tomoqrafiyasının nəticələri ilə birlikdə bununla ciyərlərə nə qədər havanın daxil olduğununu müəyyən etmək asandır.

“Ventilyasiyanın hara yayıldığını ölçürük və beləcə hər tənəffüs dövründə havanın ciyərin hansıl hissəsinə daxil olduğunu görürük”, Dr. Böhme söyləyir.

Bu məlumatla həkimlər süni tənəffüsün ciyərlərə ziyan vurmasının qarşısını ala bilər.

Ventilyasiyanın hara yayıldığını ölçürük və beləcə hər tənəffüs dövründə havanın ciyərin hansıl hissəsinə daxil olduğunu görürük
Dr. Böhme

“Növbəti addım insanlar üzərində kliniki sınaq keçirməkdir və əldə olunan məlumatlarla öncəki nəticələrimizi təsdiqləyib, Elektrik İmpedans Tomoqrafiyasına tətbiq eməkdir ki, ondan kliniki şəraitdə istifadə olunsun və beləcə biz standart parametrlər əldə edək”, deyə Vyana Texnologiya Universitetindən Flroian Thürk bildirir.

Hələ ki, texnologiya donuzların ağciyərlərində sınaqdan keçirilib, lakin tədqiqatçılar ümid edir ki, onların alqoritmi dünyaboyu xəstəxanalarda yataqların yanındakı texnologiyanın standart hissəsinə çevriləcək.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG