Accessibility links

ABŞ Suriya hökumətinə sanksiyalar tətbiq edir


ABŞ Suriya prezidenti Bəşər Əsəd hökumətinin gəlirinin qarşısını almaq məqdəsilə davam edən bir kampaniyaya əsasən 13 təsisat və 6 şəxsə sanksiyalar tətbiq etməyə başlayıb.

ABŞ-ın Maliyyə Nazirliyi çərşənbə günü Suriyanın Mərkəzi Bankının rəhbəri, Suriya Baş Kəşfiyyat İdarəsinin rəhbəri və Əsəd hökumətinə bağlı olduğu iddia edilən bir suriyalı iş adamının da qara siyahıya düşənlər arasında olduğunu bildirib.

Nazirlik bəyan edib ki, sanksiyalar onların ABŞ-dakə hesablarını dondurmaqla yanaşı, amerikalıların onlarla biznes əlaqəsi qurmasını yasaqlayır.

Nazirlik fərdlər və təşkilatların hədəf alındığını deyib. Belə ki, onlar Əsəd hökumətinin "əsas gəlir mənbəyi" idi.

"Bəşər Əsəd rejimini dəstəkləməkdə davam edənlər onun korrupsiya və insan haqlarını pozmasını artırmasına imkan verir" - deyə, maliyyə naziri Stev Mnuçin bildirib.

2011-ci ildə Əsədin etirazçılara qarşı zorakılıqdan istifadə etməsi ölkədə vətəndaş müharibəsinə səbəb olub və İranla Rusiya Əsədi, ABŞ isə müxalifəti dəstəkləyib.

Davam edən vətəndaş müharibəsi milyonlarla suriyalını ölkəni tərk etməyə məcbur edib və daha çox insan Suriya daxilində didərgin düşüb.

Şərhlərə bax

XS
SM
MD
LG