Accessibility links

Annan Əsədlə danışıqlar aparmaq üçün Suriyadadır


BMT-nin xüsusi nümayəndəsi Kofi Annan prezident Bəşar Əl-Əsədlə danışıqlar aparmaq üçün Suriyaya səfər edib.

Səfərin detalları ilə bağlı açıqlama verilməyib.

Cənab Annan Suriyada 16 aydır davam edən böhrana son qoymaq üçün beynəlxalq ictimaiyyətin təqdim etdiyi ən ətraflı planın müəllifidir.

Şənbə günü Almaniya televiziyasına müsahibə verən prezident Bəşar Əl-Əsəd Birləşmiş Ştatları üsyançılara siyasi dəstək verməkdə və cənab Annanın planının gerçəkləşməsinə mane olmaqda ittiham edib.

Altı maddədən ibarət olan Annan planında aprel ayından başlayaraq hökumət qüvvələri və prezident Bəşar Əl-Əsədi hakimiyyətdən devirməyə çalışan müxalifət qüvvələri arasında atəşkəs rejiminin tətbiq edilməsi nəzərdə tutulurdu. Lakin atəşkəsin şərtlərinə əməl edilməmişdir.

BMT-nin keçmiş baş katibi Suriyaya səfərini beynəlxalq ictimaiyyətin ölkədə böhrana son qoymaq üçün cəhdlərinin baş tutmadığını deməsindən bir gün sonra edir.
XS
SM
MD
LG