Accessibility links

BMT-nin Təhlükəsizlik Şurasının Suriya ilə bağlı qətnamələri nəticəsiz qalıb


BMT-nin Təhlükəsizlik Şurasının Suriyada humanitar vəziyyətin yaxşılaşdırılmasına dair qətnamələri nəticəsiz qalıb.

Qətnamələrdə mülki əhalinin müdafiəsi, hücumlardan qorunması və onlara humanitar yardımların çatdırılması nəzərdə tutulur. Lakin 20-dən artıq yardım təşkilatının bildirdiyinə görə, sənəddəki ölçülərə məhəl qoyulmur, suriyalılar ölüm, dağıntı və iztirabın ixtiyarına verilib.

Yardım agentliklərinin birgə hesabatında deyilir ki, BMT-nin Təhlükəsizlik Şurası qanuni səlahiyyət daşısa da, qurum siyasi, diplomatik və maddi nüfuza malik olan müttəfiqlərindən tələblərini əsirgəyir.

Sənəddə bildirilir ki, qətnamələrə riayət edilməməsi ilə yanaşı şuranın üzvləri Suriyaya ziyan vurmaqda davam edir.

"Şuranın üzvləri öhdəliklərinə əməl etmir. Suriyada istfadə edilən silahların əksəriyyəti qurumun daimi üzvləri olan ölkələrdə istehsal edilir. Əsasən Rusiya olmaqla, Suriya hökumətinə hərbi avadanlıqla yardım göstərilir. Amerika isə rəqib döyüşçüləri silahla təmin etməkdə davam edir "-deyə, hesabatda bildirilir.

Zorakılıqların davam etdiyi bir şəraitdə ölənlərin sayı 220 mini ötüb. BMT 12.2 milyon siriyalıya yardım məqsədi ilə maliyyə vəsaitlərinin toplanmasına çağırıb. Qurum ötən il lazımi vəsaitin ancaq 57 faizinin əldə edildiyini bildirir.

2015 ildə BMT 8.4 milyard dollara ehtiyac olduğunu bəyan edib. BMT-yə üzv ölkələr indiyədək 230 milyon dollar vəsait ayırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG