Accessibility links

Qərb Rusiyanın İŞİD-i vurmasını istəyir [Video]


Qərb Rusiyanın İŞİD-i vurmasını istəyir
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Qərb Rusiyanın İŞİD-i vurmasını istəyir

Rusiya Suriyada İŞİD terrorçularını hədəf aldığını desə də, ABŞ və digərləri bu hava hücumlarının İŞİD-in nəzarət etmədiyi ərazilərdə həyata keçirildiyini iddia edir.

Cümə günü ABŞ və Rusiya Müdafiə Nazirliklərinin rəsmiləri bir-birinin Suriyadakı mövqelərini daha yaxşı anlamaq məqsədilə video konfrans keçiriblər. Rusiya Suriyada İŞİD terrorçularını hədəf aldığını desə də, ABŞ və digərləri bu hava hücumlarının İŞİD-in nəzarət etmədiyi ərazilərdə həyata keçirildiyini iddia edir.

Biz onların hədəfləri barədə narahatlığımızı ifadə etmişik və bu hədəflərin onların iddia etdiyi kimi İŞİD-i məğlub etmək məqsədinə zidd olduğunu bildirimişik
Piter Kuk

Rusiyanın Suriyada başlatdığı hava hücumlarının mötədil müxalif qrupları hədəf almasından bir gün sonra, Vaşinqton rəsmiləri Moskvaya suallar ünvanlayıb.

“Biz onların hədəfləri barədə narahatlığımızı ifadə etmişik və bu hədəflərin onların iddia etdiyi kimi İŞİD-i məğlub etmək məqsədinə zidd olduğunu bildirimişik,"deyə Penaqonun mətbuat katibi Piter Kuk bildirib.

Ağ Evin sözçüsü Coş Ernest isə “əgər Rusiya həqiqətən də diqqətini İŞİD-ə qarşı döyüşməyə yönəldibsə, onlar ABŞ-ın başçılıq etdiyi 65 üzvlük anti-İŞİD koalisiyası ilə konstruktiv əməkdaşlıq etməlidir,” deyib.

Rusiya Suriyada həyata keçirdiyi hava hücumlarının İŞİD yaraqlılarını və digər terrorçuları hədəf aldığını və bu məsələdə hədəflərinin koalisiya ilə üst-üstə düşdüyünü bildirir.

“Əgər bir qrup terrorçuya oxşayırsa, özünü terrorçu kimi aparırsa, terrorçu kimi döyüşürsə, o terrorçudur, elə deyil mi?,” deyə Sergey Lavrov sual verib.

İŞİD terrorçu qrupu kimi qəbul edilsə də, qrupa qarşı mübarizə aparan və koalisiya tərəfindən terrorçu kimi qəbul edilməyən bəzi mötədil müxalif döyüşçülər Suriya prezidenti Bəşər Əl-Əsəd höküməti tərəfindən terrorçu adlandırılır.

“Biz Suriyanın siyasi gələcəyi üçün mötədil Suriya müxalifətinin əhəmiyyətini aydın bir şəkildə vurğulamışıq və bildirimişik ki, onlara zərər gətirmək üçün atılan hər bir addım bizim Suriyada siyasi keçidin təmin olunması üçün gərəkli olduğunu düşündüyümüz nəticələrə əks təsir göstərir," Piter Kuk bildirib.

Koalisiya ABŞ qüvvələri tərəfindən təlim görmüş, İŞİD-ə qarşı mübarizə aparan qüvvələri hava dəstəyi ilə təmin etdiyini bildirir.

Biz Suriyanın siyasi gələcəyi üçün mötədil Suriya müxalifətinin əhəmiyyətini aydın bir şəkildə vurğulamışıq
Piter Kuk

Koalisiyanın sözçüsü Kol Stiv Uarren:

"Bizim məqsədimiz İŞİD-i məğlub etməkdir. Yeni Suriya Qüvvələrinin məqsədi İŞİD-i məğlub emtəkdir və biz bunu etmək üçün onları hava hücumları ilə təmin edəcəyik.”

Müzakirələrə baxmayara, ABŞ-ın təlim keçdiyi qüvvələrin rusların hücumuna məruz qalmaq ehtimalı problem olaraq qalır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG