Accessibility links

Suriyanın Cisr Əl-Şuqor şəhəri bombardam edilib


Suriyanın döyüş təyyarələri şimal-qərb Cisr Əl-Şuqor şəhərini bombardam edib. Hücum Əl-Qaidə ilə əlaqəsi olan Nüsrə Cəbhəsinin şəhəri ələ keçirməsindən bir gün sonra həyata keçirilib.

Britaniyada yerləşən Suriya İnsan Haqlarının Müşahidəsi qrupu İbdil vilayətində hökumət qüvvələrinin son istehkamı olan bu şəhərə 4 dəfə havadan zərbə endirildiyini bildirib.

50 min əhalisi olan Cisr Əl-Şuqorun nəzarətinin itirilməsi ilə Suriya hökuməti vilayətin yalnız bir neçə şəhəri və kəndinə nəzarət edir.

Bugünkü reydlər zamanı tələfata yol verdildiyi bildirilmir.

Dövlət televiziyası qüvvələrin dinc əhali arasında itki olmaması üçün şəhər ətrafına qüvvələrin yerləşdirildiyini xəbər verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG