Accessibility links

Paulo Sercio Pinheiro : Suriyaya qarşı silah embarqosu tətbiq edilməlidir


BMT-nin Suriya üzrə komissiyasının rəhbəri Suriyaya qarşı silah embarqosunun tətbiqinə çağırıb.

Paulo Sercio Pinheiro deyib ki, o ölkədə silah yarışı dayandırılmalıdır. Braziliyalı diplomat Suriyda bütün tərəflərin insan hüquqlarını pozduğunu və heç kimin bunun məsuliyyətini daşımadığını bildirib.

O, Suriyada vəziyyətin normallaşdırılmasını hərbi əməliyyyatlarda deyil, müzakirələrdə gördüyünü vurğulayıb.

Suriyanın 4-cü ildir davam edən vətəndaş müharibəsinin sonu görünmür.

BMT-nin bildirdiyinə görə, bu müddət ərzində 100 min mülki vətəndaş öldürülüb. 10 milyon suriyalı ehtiyac içərisində yaşayır. 2 milyon adam ölkəni tərk edib. Şəhərlərin əksəriyyəti viran edilib.

XS
SM
MD
LG