Accessibility links

Suriyanın rəqib qüvvələri tərəfindən saxlanılan sülhməramlılar yaxın zamanda azad ediləcək


Suriya müxalifətinin sözçüsü Hişam Mərvah Suriyanın rəqib qüvvələri tərəfindən saxlanılan sülhməramlıların yaxın zamanda azad ediləcəyini bildirib. Suriya Milli Koalisiyasının bu bəyanatı İstanbulda səslənib.

Filippin Suriya və İsrail arasındakı mübahisəli Qolan təpələri bölgəsində Suriya üsyançıları tərəfindən BMT-nin 21 sülhməramlısının ələ keçirilməsini kəskin tənqid edib.

Filippinin Xarici İşlər Nazirliyi bildirib ki, filippinli əsgərlərin tutulması beynəlxalq qanunlara ziddir. Nazirlik hökumətin BMT, ABŞ, Britaniya, Fransa və Almaniya ilə əsgərlərin azad edilməsi məsələsini müzakirə etdiyini bildirib.

Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin müxbirlərlə söhbəti zamanı deyib ki, sülhməramlılar BMT-nin müşahidə postina təchizat apararkən 30 silahlı döyüşçü tərəfindən ələ keçirilib.

YouTube-a yerləşdirilən videoda Suriyanın rəqib döyüşçüləri ilə BMT-nin təchizat konvoyu nümayiş etdirilir.

Hadisə Azad Suriya Ordusunun beynəlxlaq ictimaiyyətə silah yardımı xahişi ilə müraciət etdiyi bir vaxta təsadüf edir.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG