Accessibility links

Çak Heygel: Dəməşq hökumətinə qarşı hücumlarla bağlı müxtəlif variantlar nəzərdən keçirilir


ABŞ-ın müdafiə naziri Çak Heygel Suriyada kimyəvi silahlardan istifadə edildiyi aşkarlandıqdan sonra ABŞ hərbi dəniz qüvvələrinin bölgəyə yerləşdirildiyini bildirib. O, przsident Barak Obamanın qərarının gözlənildiyini deyib.

Malayziyada səfərdə olan nazir bildirib ki, hücum qərarına gəlsə prezident Müdafiə Nazirliyindən Dəməşq hökumətinə qarşı hücumlarla bağlı müxtəlif variantların nəzərdən keçirməsini istəyib.

Hagelin açıqlaması Amerikanın 6-cı donanmasının hərbi gəmiləri Aralıq dənizinə yerləşdirəcəyini bəyan etməsindən sonraya təsadüf edir. Lakin Müdafiə Nazirliyi heç bir hərbi əməliyyata göstəriş verilmədiyini bildirib.

Ağ Evin bildirdiyinə görə, Barak Obama yüksək səlahiyyətli təhlükəsizlik müşavirləri ilə görüş keçirib. Suriya hökuməti ilə bağlı atılacaq addımları müzakirə edib.

Bu arada, Rusiya və Çin Suriyanı BMT müfəttişləri ilə əməkdaşlığa çağıraraq, onların hökumətin kimyəvi silahlardan istifadəsinə dair iddiaları araşdırmasına yardım etməsini istəyib.

Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri müxalifətin iddiasının araşdırılması barədə razılıq əldə edib.

Rusiya bildirib ki, rəqib döyüşçülər BMT-nin missiyasının təhlükəsizliyini təminat altına almalıdır.

BMT-nin baş katibi Ban Gi Mun kimyəvi silahlardan istifadə edilməsinin bəşəriyyətə qarşı cinayətkarlıq aktı kimi qəbul ediləcəyini və bunun nəticələrinin ağır olacağını deyib.
Suriya isə bu ittihamları rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG