Suriya fəalları hökumət qüvvələrinin Homs vilayətində hava hücumları nəticəsində 25 adamın həlak olduğunu bildirir.
Britaniyada yerləşən Suriya İnsan Haqlarının Müşahidəsi qrupu 13-ü uşaq, olmaqla, 19 nəfərin Talbisa şəhərində öldürüldüyü barədə məlumat yayıb. 16 adam eyni ailənin üzvüdür.
7 nəfər isə Vaer şəhərində hücumların qurbanı olub.
Suriyada 3 il yarım davam edən müharibədə 180 min insan həlak olub. Ölkə əhalisinin yarası zorakılıqlar səbəbi ilə qaçqın düşüb. Onların çoxu qonşu ölkələrdəki qaçqın düşərgələrində sığınacaq tapıb.